Türkiyədə mənzillər bahalaşıb
Bu ilin iyul ayında Türkiyədə mənzil qiymətləri indeksi aylıq 0,9 faiz, illik isə 32,8 faiz artıb. Gundelik.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankı (TCMB) iyul ayına dair Mənzil Qiymətləri İndeksini (HPI) açıqlayıb. İyul ayında keyfiyyətə uyğunlaşdırılmış mənzil qiymət dəyişikliklərini əks etdirən HPI əvvəlki aya nisbətən 0,9 faiz yüksələrək 187,7-yə çatıb. Eyni dövrdə illik artım 32,8
