İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

ABŞ hökuməti “Intel”də pay ala bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası çip istehsalçısı “Intel Corp.”da pay alınması ilə bağlı danışıqlar aparır.

Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Potensial sövdələşmənin həcmi açıqlanmayıb. Mənbələr qeyd edirlər ki, planlar dəyişə bilər və sövdələşmə baş tuta bilər. Hökumətin iştirakı “Intel”ə Ohayoda dünyanın ən böyük çip istehsal müəssisəsini qurmağa kömək edə bilər, lakin tikinti bir neçə dəfə ləngiyib.

“Intel” nümayəndələri şayiələri şərh etməkdən imtina edib, lakin Trampın ABŞ-nin texnoloji və istehsalat liderliyini gücləndirmək səylərini dəstəklədiklərini təsdiqləyiblər. Həftənin əvvəlində Tramp “Intel”in baş direktoru Lip-Bu Tan ilə görüş keçirib və onu “çox maraqlı” adlandırıb. Prezident daha əvvəl “Truth Social”da yazıb ki, “Intel” baş direktoru Çinə investisiyaları ilə bağlı “ciddi maraqlar toqquşması” səbəbindən dərhal istefa verməlidir.

“Bloomberg” bildirir ki, razılaşma əldə olunarsa, bu, Ağ Evin əsas sənaye sahələrinə birbaşa müdaxiləsinin növbəti nümunəsi olacaq. Hökumət daha əvvəl bəzi çiplərin Çinə satışından əldə edilən gəlirin 15%-ni almaq üçün müqavilə bağlamış, həmçinin şirkətin Yaponiyanın Nippon Steel şirkətinə satışının bir hissəsi olaraq “United States Steel Corp.”da “qızıl pay” əldə etmişdi.

Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin baş əməkdaşı Jeffrey Hertz deyib: “Son aylarda gördüyümüz odur ki, hökumət iqtisadiyyatda daha fəal rol alıb. Bu, əsas sektorlarda ABŞ-nin sənaye siyasətinin hazırkı istiqaməti kimi görünür”.

Cümə axşamı “Intel”in səhm qiyməti 7,4% artıb. Şirkətin bazar kapitallaşması ilin əvvəlindən 19% yüksələrək 97,3 milyard dollar təşkil edib.

Gundelik.az