Bu ilin iyul ayında Türkiyədə mənzil qiymətləri indeksi aylıq 0,9 faiz, illik isə 32,8 faiz artıb.
Gundelik.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankı (TCMB) iyul ayına dair Mənzil Qiymətləri İndeksini (HPI) açıqlayıb.
İyul ayında keyfiyyətə uyğunlaşdırılmış mənzil qiymət dəyişikliklərini əks etdirən HPI əvvəlki aya nisbətən 0,9 faiz yüksələrək 187,7-yə çatıb. Eyni dövrdə illik artım 32,8 faiz olsa da, real ifadədə qiymətlərdə 0,5 faiz azalma müşahidə edilib.
Üç böyük şəhərdə isə mənzil qiymətlərində fərqli dəyişikliklər qeydə alınıb. İyul ayında İstanbulda aylıq 0,6 faiz, Ankarada 1,2 faiz artım, İzmirdə isə 1 faiz azalma olub.
Ötən ilin eyni ayı ilə müqayisədə isə mənzil qiymətləri İstanbulda 33,5 faiz, Ankarada 42,9 faiz, İzmirdə isə 31 faiz yüksəlib.
Gundelik.az
