İyul 8, 2026
Baku

Tarixdə bu gün

Tarixdə bu gün Xəbərlər

2 Avqust – Azərbaycan Kinosu Günü, (1898)

Azərbaycan Respublikasının mədəni inkişafı sahəsində kino işçilərinin xidmətlərini və 1898-ci il avqustun 2-də ilk kinosüjetlərin yaranmasını nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən qeyd olunur. Bu il Azərbaycan kinosunun 120 yaşı tamam olur. Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda “Balaxanıda neft fontanı”

Read More
Ölkə Tarixdə bu gün

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, (2001)

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, (2001) “Dil hər bir xalqın mənəvi sərvəti, qürur yeridir. Tarixin sınağından çıxıb cilalana- cilalana bu günümüzədək gəlib çatan Azərbaycan dili də bizim hər birimiz üçün ana laylası kimi əziz və müqəddəsdir. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır…”  Ümummilli lider Heydər Əliyev Ulu əcdadlarımız olan albanların

Read More
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

29 İyul – Beynəlxalq Pələng Günü, (2010)

29 iyul – Beynəlxalq Pələng Günüdür. Bu gün 2010-cu ildə Sankt-Peterburqda keçirilən “Pələng sammit”ində təsis olunub. Pələnglər pişikkimilər fəsiləsinin ən güclü və böyük üzvləridir. Faunanın bu yırtıcı nümayəndələri, əsasən, Banqladeş, Malayziya, Hindistan və Koreyada yaşayırlar. Pələnglərin sayına görə Hindistan dünyada birinci yerdədir. Dünya Vəhşi Təbiəti Müdafiə Fondunun məlumatına görə, Yer kürəsində mövcud olan 3890 pələngdən

Read More
Ədəbiyyat Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

25 İyul Yazıçı Vasif Nəsiboğlunun 90 illiyi, (1935-1997)

Əfəndiyev Vasif Nəsib oğlu nasir, ədəbiyyatşünas, 1964 – cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1968), böyük elmi işçi (1979).  Əfəndiyev Vasif Nəsib oğlu 1935-ci il iyulun 25-də Ermənistanın Krasnoselo rayonu Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdur. Bakıda 17 saylı orta məktəbi bitirdikdən sonra 18 saylı orta  məktəbin kitabxanasında müdir işləmişdir. ADU-nun filologiya

Read More
Ədəbiyyat Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

25 İyul Şair Məstan Günərin 90 illiyi, (1935)

Əliyev Məstan Rəsul oğlu 1935-ci il iyulun 25-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdur. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1953-1957). İlk şerləri “Sosializm kəndi” rayon qəzetində dərc olunmuşdur. Lakin respublika mətbuatına 1955-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “İsti köynək”, “Körpü” şeirləri ilə çıxmışdır.

Read More
Ədəbiyyat Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

22 İyun – Azərbaycan Mətbuatı Günü: Keçmişdən bu günə sözün gücü

Hər il iyunun 22-də Azərbaycanda Mətbuat Günü qeyd olunur. Bu əlamətdar tarix Azərbaycan milli jurnalistikasının təməl daşlarından biri olan “Əkinçi” qəzetinin ilk sayının nəşr olunduğu gündür. 1875-ci ildə böyük maarifçi və ictimai xadim Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti milli mətbuatın əsasını qoymaqla təkcə yazılı sözün gücünü deyil, həm də xalqın oyanışında, milli

Read More
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

20 İyul – Beynəlxalq Tort Günü

Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr

Read More
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

20 iyul – Beynəlxalq Şahmat Günü, (1996)

1996-cı ildən 20 iyul dünyanın hər yerində Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. Bu bayram əsası 1924-cü ildə qoyulmuş Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qərarı ilə keçirilir. Bütün rəsmi yarışlar, o cümlədən kişi və qadınlar arasında dünya çempionatları, kişi, qadın, tələbə və yeniyetmələrin komanda birincilikləri, Avropanın komanda birinciliyi, Avropa Çempionlar kuboku, Panamerikan fərdi yarışları FİDE-nin himayəsi

Read More
Dünya Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

11 İyul – Ümumdünya Şokolad Günü, (1995)

Şokolad Günü (World Chocolate Day) ilk dəfə 1995-ci ildə Fransada qeyd edilib. Tez bir zamanda məşhurluq qazanaraq Almaniya, İtaliya, İsveçrə və digər Avropa ölkələrində, eləcə də Avropadan kənarda keçirilməyə başlanılıb. Çox sevdiyimiz şokoladın və şokolad ağacının vətəni Mərkəzi və Cənubi Amerikadır. Əvvəllər içki kimi qəbul edilən bu şirniyyatın adı haqqında müxtəlif versiyalar var. Onlardan birinə

Read More
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

15 İyul – Rəssam, heykəltəraş Cəlal Qaryağdının 110 illiyi, (1915-2001)

Azərbaycan heykəltəraşlıq məktəbinin banilərindən biri, görkəmli sənətkar Cəlal Qaryağdı 1915-ci il iyulun 15-də Şuşada anadan olub. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onun xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) davam etdirir, lakin

Read More