Rəşad Bayramov: “Müasir beynəlxalq sistem ciddi transformasiya mərhələsindədir”
2022-ci ilin fevralında başlayan Rusiya–Ukrayna müharibəsi beynəlxalq münasibətlər sistemində dərin geosiyasi və hüquqi sarsıntılar yaratdı. Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və kollektiv təhlükəsizlik mexanizmlərinin effektivliyi yenidən ciddi müzakirə predmetinə çevrildi. Müasir beynəlxalq sistemin davamlılığı və institutların real təsir imkanları qlobal miqyasda sınağa çəkildi. Gundelik.az xəbər portalına müsahibəsində politoloq Rəşad Bayramov bu müharibənin beynəlxalq hüquq normalarına, təhlükəsizlik
