Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2026-cı il 20 fevral tarixli plenar iclasında çıxışı
Hörmətli deputatlar! Bildiyiniz kimi, sabah dünya ölkələrində Beynəlxalq Ana Dili Günü qeyd olunacaq. Azərbaycan dili dünyanın ən zəngin və gözəl dillərindən biridir. Bizim dilimiz əsrlər boyu xalqımızın milli mənlik şüurunun formalaşmasında və mədəni irsinin qorunmasında mühüm rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ana dilimizin qorunmasına və inkişafına böyük diqqət yetirir. Ulu Öndərin
