İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

İsveç Ukraynaya 277 milyon dollar ayırır

İsveç hökuməti Ukraynaya əlavə büdcə dəstəyi üçün Dünya Bankına 276,8 milyon dollar məbləğində kredit zəmanəti vermək niyyətindədir.

Gundelik.az xəbər verir ki, bu barədə İsveç hökumətinin kansleri məlumat verib.

“Ukraynanın maliyyə problemlərini həll etmək üçün beynəlxalq ictimaiyyətin əlavə dəstəyinə ehtiyac var. 2026-cı ilin birinci rübünün sonuna qədər Ukraynanın təcili maliyyə ehtiyaclarını ödəmək üçün hökumət Dünya Bankına 236 milyon avro məbləğində kredit verməyə imkan verən zəmanət təklif etmək niyyətindədir”, – məlumatda deyilir.

İsveçin zəmanətləri Ukraynaya Dünya Bankının SÜLH yardım proqramı çərçivəsində kredit almağa imkan verəcək. Bu, Ukraynanın sosial və humanitar xərclərini, o cümlədən pensiyalar, dövlət qulluqçularının maaşlarını, aztəminatlı ailələrə, əlillərə və məcburi köçkünlərə dəstək xərclərini dövlət büdcəsindən kompensasiya edəcək.