Bakıda yeni park salınır, məşhur şirkətin binaları söküləcək
Bir sıra inşaat materialları istehsalı ilə məşğul olan “ALMET” ASC-nin inzibati binası söküləcək. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, buna səbəb “ALMET” ASC-nin yerləşdiyi ərazidə parkın salınmasıdır. Məlumata görə, ASC bu məqsədlə iyunun 30-da səhmdarlarının növbəti illik ümumi yığıncağını çağırıb. Yığıncağın saat 11.30-da Xəzər rayonu, Buzovna qəsəbəsi, Qəsəbə küçəsi 24 nömrəli ünvanda – “Şüşəplastmas” ASC-nin yerləşdiyi
