Xankəndi Zəfər Muzeyində əsaslı təmir işləri aparılacaq.
Gundelik.az-ın məlumatına görə, bununla bağlı Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq işləri yekunlaşdırıb.
Qurum muzeyin əsaslı təmirinin layihələndirilməsi işlərini “Buta Layihə ” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən şirkətə 147 500 manat ödənilib.
Gundelik.az
