Xankəndi Zəfər Muzeyi əsaslı təmir olunacaq
Xankəndi Zəfər Muzeyində əsaslı təmir işləri aparılacaq. Gundelik.az-ın məlumatına görə, bununla bağlı Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq işləri yekunlaşdırıb. Qurum muzeyin əsaslı təmirinin layihələndirilməsi işlərini “Buta Layihə ” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən şirkətə 147 500 manat ödənilib. Gundelik.az
