İyul 13, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Rəşad Xudiyev vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikası (MR) təhsil nazirinin müavini Rəşad Xudiyev vəzifəsindən azad olunub. Gundelik.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşdü

Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşüb. Bu barədə Gundelik.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma

Read More
Ölkə Xəbərlər

Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi

“Bakı Metropoliteni”nin “Bakımetrolayihə” İnstitutuna yeni rəhbər təyin edilib. Gundelik.az Manset.az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni”nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə Nəbi Yusif oğlu Məmmədov “Bakımetrolayihə” İnstitutunun rəisi vəzifəsinə təyin olunub. 1987-ci il təvəllüdlü N.Məmmədov memarlıq üzrə fəlsəfə doktorudur. Qeyd edək ki, Nəbi Məmmədov son təyinatadək SOCAR-da bir sıra məsul vəzifələrdə çalışıb. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Şahbuzdakı stadion əsaslı təmir olunacaq

Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində yerləşən 400 nəfər tamaşaçı tutumuna malik stadionda əsaslı təmir işləri aparılacaq. Gundelik.az-ın məlumatına görə, Şahbuz Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı işlərə yekun vurub. RİH sözügedən işlərin icrasını “Global Engineering Management Company” MMC-yə həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 79 827 manat ödənilib. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində ixtisarlar başlayır. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq sərəncam imzalayıb. 8 iyul 2025-ci il tarixli Sərəncama əsasən, “Azərterminalkompleks” Birliyinin yeni strukturu və ştat cədvəli təsdiq edilib. Sərəncama uyğun olaraq, 1 sentyabr 2025-ci il tarixindən etibarən yeni struktur qüvvəyə

Read More
Ölkə Xəbərlər

Naxçıvanda 41 dərəcə isti qeydə alınıb – FAKTİKİ HAVA

Avqustun 6-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində isti hava şəraiti davam edib. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 36-41 dərəcə isti qeydə alınıb. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı

Avqustun 5-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Gundelik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə

Read More
Ölkə Xəbərlər

MİQ üzrə vakansiya seçiminin nəticələri açıqlandı

31 iyul-4 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib. Bu barədə Gundelik.az-a Təhsil İnstitutunun İnsan resusları şöbəsindən məlumat verilib. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Möminə xatun türbəsinin bərpasına başlanıldı

Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə start verilib. Gundelik.az xəbər verir ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb. Naxçıvan Muxtar Respublikasının (MR) Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, şirkətin işçi qrupu avqustun 5-də Naxçıvana gəlib. Şirkət tərəfindən

Read More
Ölkə Xəbərlər

Avazada Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli görüşü olub

Avazada Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında üçtərəfli görüş keçirilib. Gundelik.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Türkmənistan Xalq Məsləhətinin sədrinə və Özbəksitanın dövlət başçısına çatdırıb. Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyev Prezident İlham Əliyevin

Read More