İyul 13, 2026
Baku
İqtisadiyyat Xəbərlər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ötən il 18 milyon manata yaxın zərər edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Gundelik.az yurd.media-ya istinadən xəbər verir ki, şirkət ötən il 17,5 milyon manat xalis zərər edib (əvvəlki ili 14,5 milyon manat xalis mənfəətlə başa vurmuşdu).

Bu ilin əvvəlinə ASCO-nun aktivləri ötən ilin əvvəlinə nisbətən 3,2% az – 1 768,8 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 606,4 milyon manat (8,4% çox), balans kapitalı isə 1 162,4 milyon manat (8,3% az), o cümlədən nizamnamə kapitalı 440,05 milyon manat (dəyişməyib) olub.