Gundelik.az Xəbərlər İqtisadiyyat “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ötən il 18 milyon manata yaxın zərər edib
İqtisadiyyat Xəbərlər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ötən il 18 milyon manata yaxın zərər edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Gundelik.az yurd.media-ya istinadən xəbər verir ki, şirkət ötən il 17,5 milyon manat xalis zərər edib (əvvəlki ili 14,5 milyon manat xalis mənfəətlə başa vurmuşdu).

Bu ilin əvvəlinə ASCO-nun aktivləri ötən ilin əvvəlinə nisbətən 3,2% az – 1 768,8 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 606,4 milyon manat (8,4% çox), balans kapitalı isə 1 162,4 milyon manat (8,3% az), o cümlədən nizamnamə kapitalı 440,05 milyon manat (dəyişməyib) olub.

Exit mobile version