Lisey və gimnaziyalara seçim prosesi başladı
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara seçim prosesi başlayıb. Bu barədə Gundelik.az-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi saat 15:00-da aktivləşib və 13 avqust saat 12:00-da başa çatacaq. Namizədlər seçimlərini şəxsi kabinet vasitəsilə, “İmtahanlar” bölməsində yerləşən “Lisey seçimi” hissəsindən həyata keçirə bilərlər.
