Tovuzda bələdiyyəyə aid ərazidə yanğın
Tovuzda bələdiyyəyə aid ərazidə yanğın baş verib. Bu barədə Gundelik.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, bələdiyyəyə aid ərazidə 270 ha sahədə kol-kos, ağaclar və 3 ədəd elektrik dirəyi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Gundelik.az
