İyul 14, 2026
Baku

Ölkə

Ölkə Xəbərlər

Prezident: “Bu gün Azərbaycan və Türkmənistan yeni üfüqlərə doğru birgə addımlayır”

Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaradıblar. Gundelik.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında səsləndirib. Dövlət başçısı qeyd edib ki, bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır./report Gundelik.az

Read More
Ölkə Xəbərlər

Bakı və Abşeronda oğurluq edənlər tutuldu

Abşeron rayonunda oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda rayon ərazisində iki vətəndaşa məxsus avtomobildən mobil telefonlar və məişət əşyaları oğurlayıb. DİN-dən Gundelik.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Rəcov müəyyən olunaraq saxlanılıb. Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir

Read More
Ölkə Xəbərlər

Bank kartlarından silsilə oğurluqlar edənlər saxlanıldı

Paytaxtın Səbail və Sabunçu rayonlarında altı nəfərə məxsus bank kartlarından ümumilikdə 3502 manat pul oğurlanıb. DİN-dən Gundelik.az-a verilən məlumata görə, bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 40 yaşlı E.Fəttahov, 32 yaşlı O.Abdurəhimli, 21 yaşlı R.Rəhimov və 17 yaşlı S.Fərzəlizadə saxlanılıblar. Bu

Read More
Ölkə Xəbərlər

Avqustun 23-də havanın temperaturu dəyişəcək

Avqustun 23-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Gundelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi

Read More
Ölkə Xəbərlər

Saç ustası olduğu deyilən “həkim” DANIŞDI – VİDEO

Bakıda liposaksiya prosesinin qeyri-etik görüntüləri ilə gündəmə gələn Gülbadə Abdullayeva açıqlama verib. Gundelik.az Xəzər TV-yə istinadən xəbər verir ki, G.Abdullayeva yayılan videogörüntülərin həmkarları ilə zarafat məqsədilə çəkildiyini bildirib: “Uğurlu əməliyyatımın nəticəsində oynayıb-gülmüşük. Öz həmkarlarımız arasında çəkilmiş videodur. Heç bir antisanitar vəziyyət olmayıb, həmin pasiyentin sağlamlığı ilə bağlı da problem yaranmayıb”. Onun sözlərinə görə, videonu özü

Read More
Ölkə Xəbərlər

Ağdamda qazanxana kompleksinin tikintisinə 1 milyon manat ayrıldı

Ağdam şəhərinin 2 nömrəli yaşayış massivinin Qazanxana kompleksinin tikintisi və quraşdırılması işlərinə start verilir. Gundelik.az-ın məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub. Dövlət xidməti sözügedən işlərin icrasını “Az Technocon Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 1 035 197 manat

Read More
Ölkə Xəbərlər

Abşeronda boya istehsalı zavodu yanır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Gundelik.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək. Gundelik.az

Read More
Ölkə Xəbərlər

Yaşa görə sosial müavinət alanların sayı artıb

2025-ci ilin iyul ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 166 min 900 nəfərdən çox olub. Gundelik.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb. Bildirilib ki, onların 35%-ni kişilər, 65%-ni isə qadınlar təşkil edib. Qeyd edək ki, 2024-cü ilin iyul ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 153 700 nəfərdən çox olub.

Read More
Ölkə Xəbərlər

Polis əməliyyat keçirdi – Külli miqdarda narkotik vasitə götürüldü

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 21-də ümumi çəkisi 98,5 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 2,4 tondan artıq çəkidə 5355 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Gundelik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Gundelik.az

Read More
Ölkə Xəbərlər

İtkin düşən 6 nəfər tapıldı

İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılıb. DİN-dən Gundelik.az-a verilən məlumata görə, avqustun 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Gundelik.az

Read More