7 ayda qatarlar təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub
Bu ilin 7 ayı ərzində ADY-yə məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub. ADY-dən Gundelik.az-a verilən məlumata görə, nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir, maşinist təcili tormozlama etməli olur ki, bu da sərnişinlərin həyatına risk yaradır. Həmin heyvanların sahibləri qanunvericiliyə uyğun olaraq cərimələnir. ADY-nin sıx məskunlaşma ərazilərindən keçən dəmir yolu xətlərinin
