İyul 14, 2026
Baku
Mədəniyyət və cəmiyyət Müsahibə

Dr. Sona Nemətli: “Təbiiliyin dili heç vaxt dəbdən düşmür”

Müasir dövrdə estetik tibb artıq yalnız zahiri dəyişikliklər deyil, insanın özünü daha sağlam, daha rahat və daha inamlı hiss etməsinə xidmət edən elmi sahələrdən biri kimi qəbul olunur. Təbii gözəlliyin qorunması, yaşlanma prosesinin düzgün idarə edilməsi və dərinin sağlamlığının bərpası bu sahənin əsas prioritetlərinə çevrilib. Peşəkar yanaşma, beynəlxalq standartlara uyğun prosedurlar və daim yenilənən elmi biliklər isə uğurlu nəticənin başlıca şərtlərindəndir.

Gundelik.az-ın budəfəki həmsöhbəti həkim-kosmetoloq, medikal estetik həkimi Dr. Sona Nemətlidir. O, fəaliyyət istiqamətləri, peşəkar inkişaf yolu və estetik tibbdə əsas prinsipləri haqqında danışır.

Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

– Mən Dr. Sona Nemətli, həkim-kosmetoloq və medikal estetik həkimiyəm. Estetik tibb sahəsində fəaliyyət göstərirəm. Müasir elmi yanaşmanı estetik baxış və fərdi pasiyent yanaşması ilə birləşdirərək üz və dərinin sağlamlığının qorunması, yaşlanma əlamətlərinin korreksiyası və təbii estetik nəticələrin əldə olunması istiqamətində çalışıram.

Estetik tibb sahəsinə gəlişiniz necə oldu?

– Təhsilimi əczaçılıq sahəsində tamamladıqdan sonra medikal estetika istiqamətində peşəkar inkişaf yolunu seçdim. 2021-ci ildən etibarən kosmetologiya və estetik tibb sahəsində fəaliyyət göstərirəm. Bilik və bacarıqlarımı daim təkmilləşdirərək yerli və beynəlxalq konqreslərdə, seminar və master-klaslarda müntəzəm iştirak edirəm.

Peşəkar fəaliyyət istiqamətləriniz hansılardır?

– Peşəkar fəaliyyət istiqamətlərimə botulinum toksin prosedurları, kontur plastika (hialuron turşulu dolğular), biorevitalizasiya, mezoterapiya, kollagen stimulyatorları, eksosom terapiyası, lipolitik prosedurlar, kimyəvi pilinqlər, akne və postakne müalicəsi, piqmentasiya problemlərinin korreksiyası, anti-age (yaşlanma əleyhinə) proqramları və dərinin kompleks bərpasına yönəlmiş müasir estetik prosedurlar daxildir.

İş prinsipiniz nəyə əsaslanır?

– İş prinsipimin əsasını təhlükəsizlik, elmi əsaslandırılmış müalicə metodları, təbii görünüşün qorunması və pasiyent məmnuniyyəti təşkil edir. Hər bir pasiyent üçün fərdi müalicə planı hazırlanır və prosedurlar beynəlxalq standartlara uyğun qəbul edilmiş protokollara əsasən, sertifikatlaşdırılmış preparatlarla icra olunur.

 Peşəkar inkişaf istiqamətində hansı beynəlxalq tədbirlərdə iştirak etmisiniz?

– Estetik tibbin ən son yeniliklərini daim izləyir və bu məqsədlə müxtəlif beynəlxalq tədbirlərdə və konfranslarda iştirak edirəm.

Aprel 2021 – Laser Beauty Clinic – Kosmetologiya üzrə təcrübə proqramı;

Sentyabr 2021 – Arash Anti-Age Company – New Standards in Cosmetology seminarı;

Sentyabr 2021 – Heel şirkəti – “Kosmetologiyada biotənzimləyici terapiyanın tətbiqi” forumu;

Oktyabr 2021 – Master Class by Dr. Nihat Dik beynəlxalq konfransı;

Dekabr 2021 – Grand Aesthetics – Facial Sculpting (Üz cizgilərinin harmonik şəkilləndirilməsi) konfransı;

Yanvar 2022 – Grand Aesthetics – Face Contouring Surgery (Üz konturunun bərpası) seminarı;

2022 – Etta Aesthetics – “Üz, boyun və dekolte nahiyəsinin yaşlanma əleyhinə kompleks korreksiyası” seminarı;

May 2022 – Grand Aesthetics – “Kosmetologiya incəsənətdir” seminarı;

May 2022 – Biohealth Dermakor StopAge 2022 beynəlxalq konfransı;

Yanvar 2023 – Renew Company – Professional Cosmetics seminarı;

May 2023 – Grand Aesthetics – Beauty is Freedom tədbiri;

Noyabr 2023 – Azərbaycan dermato-kosmetoloqlarının I Milli Konfransı;

Dekabr 2023 – Etta Aesthetics Group – Derma Shape preparatlarının kombinə olunmuş tətbiqi haqqında onlayn vebinar;

Aprel 2024 – Baku Derma Beynəlxalq Dermatologiya və Kosmetologiya Konqresi;

May 2024 – Grand Aesthetics – Eksosomların elmi əhəmiyyəti və tətbiq sahələri haqqında seminar;

May 2024 – II Beynəlxalq Dermatologiya və Kosmetologiya Konqresi;

İyun 2024 – Beynəlxalq Medikal Estetik Həkimləri və Plastik Cərrahların Birgə Konqresi;

Sentyabr 2024 – Azərbaycan Kosmetoloqlarının V Beynəlxalq Medikal Estetik Konqresi;

Dekabr 2024 – AMDKK – Azərbaycan Dermatonevroloqlar Elmi Cəmiyyətinin II Milli Konfransı;

Dekabr 2024 – Metepol Academy – Eksosomların elmi əhəmiyyəti və tətbiq sahələri haqqında onlayn vebinar;

May 2025 – Baku Derma Beynəlxalq Konqres və Sərgisi;

İyun 2025 – Grand Aesthetics – Louisderma brendinin təqdimatı və qala gecəsi;

İyun 2025 – Ken Beauty Academy – “Maye üzgərmə (Liquid Face Lift) prosedurunun tətbiqi” seminarı;

Sentyabr 2025 – TDDK – I Türk Dövlətləri Dermatoloji və Tibbi Estetik Konfransı;

May 2026 – AMDKK – Azərbaycan Dermatonevroloqlar Elmi Cəmiyyətinin III Milli Konfransı.

 Peşəkar fəaliyyətinizdə əsas prinsipləriniz hansılardır?

– Peşəkar fəaliyyətimdə davamlı inkişafı əsas prinsip hesab edirəm və əldə etdiyim bilikləri gündəlik klinik praktikada tətbiq edərək pasiyentlərimə müasir, təhlükəsiz və effektiv estetik həllər təqdim edirəm.

Estetik tibb sizin üçün nə ifadə edir?

– Estetik tibb mənim üçün sadəcə prosedurlar deyil – elmə əsaslanan, təbii gözəlliyi qoruyan və insanın özünə inamını artıran fərdi yanaşmadır.

Gundelik.az