Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olan ölkələrin rəhbərləri keçirilən sammit çərçivəsində Bişkek Bəyannaməsinə imza atıblar.
Gundelik.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə sammitin təşkilat komitəsi xəbər yayıb.
Təşkilat komitəsinin yaydığı məlumatda qeyd olunur ki, dövlət başçıları tərəfindən Şanxay Əməkdaşlıq Təşkilatının 25 illiyi ilə bağlı Bişkek Bəyannaməsi imzalanıb. Bəyannamə ilə yanaşı, daha 27 sənəd təsdiq edilib.
Onların arasında ŞƏT-ə üzv dövlətlərin təhlükəsizliyinə qarşı çağırış və təhdidlərlə mübarizə üzrə Universal Mərkəz haqqında əsasnamə, həmçinin təşkilata daxil olan ölkələrin limanlarının və logistika mərkəzlərinin 2026-2030-cu illər üzrə inkişafına dair Fəaliyyət Planı da yer alır.
