İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Tovuzda bələdiyyəyə aid ərazidə yanğın

Tovuzda bələdiyyəyə aid ərazidə yanğın baş verib.

Bu barədə Gundelik.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, bələdiyyəyə aid ərazidə 270 ha sahədə kol-kos, ağaclar və 3 ədəd elektrik dirəyi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gundelik.az