Uduzmadan qazanmaq fəlsəfəsi: Mediasiya yeni düşüncə formasıdırmı?
Münaqişələrin sivil, qarşıdurmasız və ədalətli şəkildə həlli cəmiyyətin dayanıqlı inkişafını şərtləndirən əsas amillərdən biridir. Azərbaycan cəmiyyətində bu ehtiyac tarixən “ağsaqqal institutu” vasitəsilə təmin olunmuş, insanlar arasında anlaşma, barış və qarşılıqlı hörmət məhz bu mənəvi-sosial mexanizm üzərindən formalaşmışdır. Zamanın tələblərinin dəyişməsi, ictimai münasibətlərin daha da mürəkkəbləşməsi isə münaqişələrin həllində sistemli, hüquqi əsaslara söykənən müasir yanaşmaların tətbiqini
