Ötən il Azərbaycanda 149 uşaq övladlığa verilib – RƏSMİ
Keçən il ərzində Azərbaycanda valideyn himayəsindən məhrum olmuş 149 uşaq övladlığa verilib. Bu barədə Gundelik.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Qeyd edilib ki, həmin müddətdə 40 uşaq (2024-cü ildə 30) isə himayədar ailələrə yerləşdirilib. Xatırladaq ki, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin və himayədar ailələrə yerləşdirilməsinin təşviqi məqsədilə işlər davam etdirilir.
