Dəm qazı daha bir can aldı
Goranboyda qadın dəm qazından boğularaq ölüb. Gundelik.az xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb Belə ki, rayon sakini orta yaşlı qadın yaşadığı evdə dəm qazından boğularaq ölüb. Hazırda qadının kimliyi dəqiqləşdirilir. Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Fakt araşdırılır.//Unikal
