İyul 8, 2026
Baku

Hadisə

Hadisə Xəbərlər

İstanbulda bayrağımız altında üzən tanker SOS verdi

İstanbulun Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən “həyəcan siqnalı” alınıb. Gundelik.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Hadisə yerinə xilasetmə qruplarının cəlb olunduğu bildirilib.

Read More
Hadisə Xəbərlər

Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs edilib

Sosial şəbəkədə narkotiklərdən istifadəni təbliğ edən videolar paylaşan əvvəllər məhkum olunmuş 32 yaşlı T.Məmmədova həbs edilib. Bu barədə Gundelik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, ondan narkotik vasitə olan marixuana aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Read More
Hadisə Xəbərlər

Təcili yardım maşını piyadanı vurub öldürdü

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gundelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində qeydə alınıb. Təcili tibbi yardım avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Goranboy Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki,

Read More
Hadisə Xəbərlər

Sabunçuda 803 qutu pirotexniki vasitəni gizli şəkildə satmaq istəyən şəxs saxlanılıb

Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ramana qəsəbəsi Şuşa şəhərciyində pirotexniki vasitələrin gizli şəkildə satıldığı anbar aşkarlanıb. Bu barədə Gundelik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı pirotexniki və tezalışan maddələrin satışını təşkil edən 38 yaşlı N.Şükürov saxlanılıb. Ondan 803 qutu səs və 6372 ədəd işıq effekti yaradan

Read More
Hadisə Xəbərlər

Qusarda 71 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Qusarda 71 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb. Gundelik.az xəbər verir ki, 1954-cü il təvəllüdlü Aydın Abdulkərim oğlu Yaralıyev yaşadığı Qusar şəhərindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Araşdırma aparılır.

Read More
Dünya Hadisə Xəbərlər

Meksikada qatar relsdən çıxdı: ölənlər və yaralananlar var

Meksikanın Oaxaka ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində 13 nəfər ölüb, 98 nəfər yaralanıb. Gundelik.az xəbər verir ki, bu barədə Meksika prezidenti Klaudiya Şeynbaum bildirib. Onun sözlərinə görə, yaralılardan beşinin vəziyyəti ağırdır. Səlahiyətlilər daha əvvəl relsdən çıxan qatarda 241 sərnişin və doqquz heyət üzvü olduğunu bildirib. Qəza bazar günü cənubdakı Oaxaka ştatının Çivela və Nisanda

Read More
Dünya Hadisə Xəbərlər

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 7 polis yaralanıb

Türkiyədə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı atışma baş verib, 7 polis əməkdaşı yaralanıb. Bu barədə Gundelik.az “HaberGlobal”a istinadən xəbər verir. Qeyd olunub ki, hadisə Yalova ilində baş verib. Belə ki, Elmalık kəndinə gedən yolda yerləşən evdə İŞİD terror təşkilatını hədəf alan əməliyyat keçirilib. Əməliyyat zamanı evdə olan şübhəli şəxslər atəş açıb və nəticədə

Read More
Dünya Hadisə Xəbərlər

Suriyada məsciddə partlayış törədilib, ölənlər və yaralananlar var

Naməlum şəxs Homs şəhərində İmam Əli məscidində cümə namazı zamanı partlayış törədib. Gundelik.az xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb. İlkin məlumatlara görə, üç nəfər ölüb, beş nəfər yaralanıb.

Read More
Hadisə Xəbərlər

Bakıda ağır avtobus qəzası baş verib: ölən və yaralananlar var

Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. Gundelik.az Milli.Az-a istinadən xəbər verir ki, Qaradağ rayonun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşurut qəza edib. Hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib. İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər

Read More
Hadisə Xəbərlər

Bakı-Qazax yolunda narkotik istifadəçisi olan sürücü saxlanılıb

Narkotik aludəçisi olan yük avtomobilinin sürücüsü stasionar postda saxlanılıb. Gundelik.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Bərdə rayon sakini Rəşad Kərimov “Ford” markalı yük avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

Read More