İyul 8, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Meksikada qatar relsdən çıxdı: ölənlər və yaralananlar var

Meksikanın Oaxaka ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində 13 nəfər ölüb, 98 nəfər yaralanıb.

Gundelik.az xəbər verir ki, bu barədə Meksika prezidenti Klaudiya Şeynbaum bildirib.

Onun sözlərinə görə, yaralılardan beşinin vəziyyəti ağırdır.

Səlahiyətlilər daha əvvəl relsdən çıxan qatarda 241 sərnişin və doqquz heyət üzvü olduğunu bildirib.

Qəza bazar günü cənubdakı Oaxaka ştatının Çivela və Nisanda şəhərləri arasında baş verib.

Meksikanın baş prokuroru hadisə ilə bağlı araşdırmanın artıq başladığını açıqlayıb.