İyul 8, 2026
Baku

Hadisə

Hadisə Xəbərlər

Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb

Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb. Gundelik.az xəbər verir ki, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bank kartından 400 manatının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı İ.Tahirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, zərərçəkənə zəng edərək özünü bank əməkdaşı kimi təqdim

Read More
Hadisə Xəbərlər

Bakının mərkəzində ev yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Nəsimi rayonunda fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Gundelik.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Ətraflı məlumat veriləcək.  

Read More
Dünya Hadisə Xəbərlər

Türkiyədə daha bir məktəbə silahlı hücum olub, 6 nəfər yaralanıb

Türkiyədə məktəbə silahlı hücum olub. Gundelik.az-ın NTV-yə istinadən xəbərinə görə, hadisə Kahramanmaraşda baş verib. Hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilir.

Read More
Hadisə Xəbərlər

Azərbaycanda narkotiklərlə mübarizə: 3 ayda 2443 cinayət faktı aşkarlanıb

2026-cı ilin yanvar-mart ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2443 cinayət faktı aşkarlanıb. Gundelik.az xəbər verir ki, aşkarlanmış faktların 549-u narkotik vasitələrin qanunsuz satışı, 1889-u qanunsuz əldə edilib saxlanılması, 4-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i isə digər cinayətlərlə bağlı olub.

Read More
Hadisə Xəbərlər

“Rahat” marketdən 400 manatlıq yağ oğurladı – Kameraya düşdü

Paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən “Rahat” marketdən 400 manatlıq yağ oğurlanıb. Gundelik.az xəbər verir ki, kamera görüntüləri və digər sübutlar əsasında oğurluğu törətmiş 1989-cu il təvəllüdlü S.İsmayılov (şərti) polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsinə əsasən protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə S.İsmayılov hadisə vaxtı

Read More
Hadisə Xəbərlər

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ qeydə alınıb. Gundelik.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 6:52-də qeydə alınıb. Zəlzələ ocağı 36 kilometr dərinlikdə yerləşib. Qeyd edək ki, son həftələr Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında

Read More
Dünya Hadisə Xəbərlər

Şanlıurfanın Siverek bölgəsində məktəbə silahlı hücum: Çoxsaylı xəsarət alanlar var, cinayətkar intihar edib.

Şanlıurfa valisi hücumçunun hadisə yerində intihar etdiyini açıqladı. Çoxlu sayda yaralı var. Şanlıurfanın Siverek rayonunda yerləşən məktəbə çərşənbə axşamı səhər saatlarında silahlı hücum edilib. Həsən Çələbi məhəlləsində yerləşən Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyinin keçmiş şagirdi məktəbə ov tüfəngi ilə hücum edib. Ətrafa təsadüfi atəş açan təcavüzkar, aralarında şagirdlər də olan 16 nəfəri yaralayıb.

Read More
Dünya Hadisə Xəbərlər

Türkiyədə məktəbə silahlı basqın – Çox sayda yaralı var

Şanlıurfa vilayətinin Siverek rayonunda litseydə baş vermiş silahlı insident nəticəsində yaralananların sayı 16 nəfərə çatıb. Gundelik.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, hücumu həyata keçirən şəxs sonradan intihar edib. Şanlıurfa valisi Hasan Şıldak hücumçunun məktəbin keçmiş şagirdi olduğunu və 2007-ci il təvəllüdlü olduğunu təsdiqləyib. İnsidentlə bağlı cinayət işi açılıb.

Read More
Hadisə Xəbərlər

ANAMA əməkdaşı Füzulidə minaya düşərək həlak olub

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub. Bu barədə Gundelik.az-a ANAMA-dan məlumat verilib. Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baș verib. Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışında həlak olub.

Read More
Hadisə Xəbərlər

Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ olub

Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ olub. Gundelik.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla aprelin 14-ü saat 10:00-da qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 5 kilometrdir.

Read More