Şanlıurfa vilayətinin Siverek rayonunda litseydə baş vermiş silahlı insident nəticəsində yaralananların sayı 16 nəfərə çatıb.
Gundelik.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hücumu həyata keçirən şəxs sonradan intihar edib.
Şanlıurfa valisi Hasan Şıldak hücumçunun məktəbin keçmiş şagirdi olduğunu və 2007-ci il təvəllüdlü olduğunu təsdiqləyib.
İnsidentlə bağlı cinayət işi açılıb.
