Gundelik.az Dünya Türkiyədə məktəbə silahlı basqın – Çox sayda yaralı var
Dünya Hadisə Xəbərlər

Türkiyədə məktəbə silahlı basqın – Çox sayda yaralı var

Şanlıurfa vilayətinin Siverek rayonunda litseydə baş vermiş silahlı insident nəticəsində yaralananların sayı 16 nəfərə çatıb.

Gundelik.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hücumu həyata keçirən şəxs sonradan intihar edib.

Şanlıurfa valisi Hasan Şıldak hücumçunun məktəbin keçmiş şagirdi olduğunu və 2007-ci il təvəllüdlü olduğunu təsdiqləyib.

İnsidentlə bağlı cinayət işi açılıb.

Exit mobile version