Sloveniya, ABŞ-İsrail arasında İrana hücumlar və dünya enerji bazarının ən böyük oyunçuları olan körfəzdəki müttəfiqlərinə qarşı qisas tədbirlərinin yaratdığı fasilələri aradan qaldırmaq üçün yanacaq rasionu tətbiq edən ilk Aİ üzvü dövlət oldu.
Bir çox ölkənin yanacq qiymətlərinin kəskin şəkildə artması müşahidə olunur. Slovaniya bu, qonşu ölkələrdən, xüsusən də Avstriyadan olan sürücülərin Slovakiyadaki daha aşağı, tənzimlənən qiymətlərdən isdifadə etmələri səbəbindən sözdə yanacaq turizmi lə nəticələnib. Yeni tədbirlərə əsasən, Sloveniyada fərdi sürücülər gündə maksimum 50 litr yanacaq alışı ilə məhdudlaşacaqdır. Biznes və fermerlər üçün daha səxavətli 200 litr limit var.
Bəzi yanacaq pərakəndə satış şirkətləri artıq öz tədbirlərini tətbiq etmişdirlər. Regionda yanacaqdoldurma məntəqələrini idarə edən Macarısdanın MOL şirkəti artıq 30 litr limit tətbiq etmişdir.
Sizi əmin edim ki, Sloveniyada kifayət qədər yanacaq var, anbarlar doludur və yanacaq çatışmazlığı olmayacaq" – deyə Baş Nazir Robert Qolob həfdəsonu açıqla- masında bildirib. Onun hökümətinin yeni tədbirlərinə əsasən, ölkə daxilində tətbiq olunan məhdudiyyətlərə yanacaqdoldurma məntəqələrinin özləri nəzarət edəcək və işçilərdən müştərilərin icazə verilən miqdardan artıq yanacaq ehtiyatı saxlamama- larını təmin etmələri tələb olunacaq.
Hökümət həmçinin yanacaq bərakəndə satış şirkətlərini xarici sürücülər üçün daha sərt məhdudiyyətlər tətbiq etməyə təşviq edir. Avstriyada Euro-super 95 benzininin bir litrinin qiyməti 1,80 avroya yaxınlaşır, dizel yanacaqı isə 2 avroya yaxınlaşır. Sloveniyada hazırda bu qiymət müvafiq olaraq maksimum 1,47 avro və 1,53 avro səviyyəsində saxlanılır.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: BBC
Gundelik.az

