ADI ELMƏ, İMZASI TARİXƏ YAZILAN ALİM MÜSEYİB İLYASOV – 75
Dəyərli dostum və qardaşım Müseyib müəllimlə ilk tanışlığım 1996-cı ildə (30 il bundan öncə), Azərbaycan Dövlət Pedaqoji Universitetin hələ gənclik ruhu ilə nəfəs alan divarları arasında baş tutdu. O gün elmi rəhbərim akademik Hüseyn müəllim məni Müseyib müəllimin də olduğu hörmətli alimlərə təqdim edərkən (professor İramin İsayev, professor Həsən Bayramov, professor Fərrux Rüstəmov, professor
