Bolqarıstan ABŞ-dən aldığı “F-16″da texniki problemlərin olduğunu açıqlayıb
ABŞ-dən Bolqarıstana gətirilən ilk “F-16 Block 70” təyyarəsində texniki problemlər yaranıb. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu nasazlıq barədə Bolqarıstan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-mayor Nikolay Rusev məlumat verib. “İlk F-16 Bolqarıstana endikdən sonra sistemlərdən birinin işində sapma aşkar edilib ki, bu da təyyarənin nasaz olması demək deyil. Təyyarə texniki səbəblərdən qəbul edilərkən, bu yayınma
