İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Abxaziya 30 ildən çox fasilədən sonra müntəzəm hava hərəkətini bərpa edir

Suxum Hava Limanı (Abxaziya) 30 ildən çox fasilədən sonra bu gündən etibarən müntəzəm sərnişin reyslərinə xidmət göstərməyə başlayacaq.

Gundelik.az xəbər verir ki, bu barədə hava limanı özü məlumat yayıb.

Məlunata görə, limandan ilk uçuşu Moskvadan UVT Aero həyata keçirəcək.

UVT Aero növbəti uçuşunu mayın 3-də Abxaziyanın paytaxtına həyata keçirməyi planlaşdırır və həftədə bir dəfə bu istiqamətdə uçuşlarını davam etdirəcək.

Mayın 6-dan Nijni Novqoroddan Suxuma reyslər gözlənilir: onlar da həftədə bir dəfə “İkar” aviaşirkəti tərəfindən yerinə yetiriləcək.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, İkar həmçinin Ufadan (iyunun 3-dən), Nordwind isə Kazandan (4 iyundan) uçuşlara başlaya bilər. Bundan əlavə, departament mayın 31-dən etibarən Aeroflot tərəfindən Moskvadan Suxuma mümkün uçuşların açılması barədə məlumat verib.

1950-ci illərin ortalarında tikilmiş Suxumi hava limanı Abxaziyanın paytaxtından 18 km məsafədə yerləşir.

1993-cü ilin oktyabrında Gürcüstan-Abxaziya müharibəsindən sonra Gürcüstan hakimiyyətinin əmri ilə hava limanı bağlanıb. 2006-cı ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) hava limanının kodunu ləğv edib və bu barədə məlumatları sənədlərindən çıxarıb.

2023-cü ilin iyununda Rusiya və Abxaziya arasında Suxumi hava limanının yenidən qurulmasına dair saziş imzalanıb. Daha sonra Abxaziya hökuməti “Rusiya İnfrastrukturunun İnkişafı” MMC ilə dövlət-özəl tərəfdaşlıq sazişi imzalayıb.

Gundelik.az