Danimarkanın ən böyük hava limanı olan Kopenhagen aeroportunda hava məkanında görünən dronlar səbəbindən bütün uçuşlar müvəqqəti dayandırılıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Polis bildirib ki, hava məkanında 2-3 böyük pilotsuz uçan aparat aşkar edilib. Bazar ertəsi axşam hava limanı fəaliyyətini dayandırıb.
Hava limanının açıqlamasına görə, 31 reys ləğv edilib və təxminən 20 min sərnişin təsirlənib. Polis dronların mənbəyini araşdırır, səlahiyyətlilər araşdırma davam etdiyi üçün ətraflı məlumat açıqlamayıb.
Heç bir təhlükənin olmadığı bildirildikdən sonra uçuşlar yenidən bərpa edilib.
Gundelik.az
