MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə Birliyə sədrlik etmək qərarını tarixi bir an adlandırıb.
Bu barədə Gundelik.az Belta-ya istinadən xəbər verir.
“Təşkilatımızın inkişafında yeni bir mərhələ hörmətli İlham Əliyevin 2028-ci ildə ilk dəfə sədrliyi öz üzərinə götürməsi qərarıdır. Bu, şübhəsiz ki, tarixi bir andır. Bunu prezidentin özü də deyib. Ümid edirəm ki, Ermənistan da 2029-cu ildə sərəncama uyğun olaraq bu şərəfli funksiyanı yerinə yetirmək qərarına gələcək“, – deyə o qeyd edib.
