BMT: Atəşkəsə baxmayaraq, Qəzza hələ də fəlakətli vəziyyətdədir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (UNOCHA) sözçüsü Yens Laerke bildirib ki, Qəzzada artıq bir aydır qüvvədə olan atəşkəsə baxmayaraq, İsrailin maneələri səbəbindən ölkəyə kifayət qədər humanitar yardım çatmır və vəziyyət hələ də fəlakət həddindədir. Laerke atəşkəsdən sonra Qəzzaya giriş imkanlarının artmasını müsbət addım hesab edib və qeyd edib ki, BMT daha
