İyul 12, 2026
Baku

Dünya

Dünya Siyasət Xəbərlər

Trampın Venesuelaya yeni hədəsi: Tezliklə qurudan hücumlara başlayacağıq

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı təzyiqlərin artırıldığını və narkotik ticarətinin qarşısını almaq məqsədilə sərt addımlar atılacağını bildirib. Gundelik.az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərə açıqlamasında Venesueladan ABŞ-yə göndərilən narkotiklərin həcminin onun hakimiyyəti dövründə 91 faiz azaldığını iddia edib. Tramp bu nəticənin həyata keçirdikləri siyasətin nəticəsi olduğunu vurğulayıb. Venesuela Prezidenti Nikolas Maduro ilə qısa

Read More
Dünya Siyasət Xəbərlər

Norveç Ukraynaya yarım milyard dollar ayırır

Norveçin xarici işlər naziri Espen Bart Eide hökumətin Ukrayna Silahlı Qüvvələri üçün Amerika istehsalı silahların maliyyələşdirilməsini nəzərdə tutan PURL proqramına daha 500 milyon dollar ayırmaq qərarını açıqlayıb. Gundelik.az “Evropeyskaya pravda”ya istinadən xəbər verir ki, nazir bu açıqlamanı NATO toplantısı ərəfəsində verib. Bu bəyanata əsasən, artıq Ukraynanın ehtiyaclarının maliyyələşdirilməsində lider ölkələrdən birinə çevrilən Norveç dekabr ayında nəzərdə

Read More
Dünya Xəbərlər

Rusiya tankeri Türkiyə sahilləri yaxınlığında hücuma məruz qalıb

Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan MIDVOLGA-2 adlı Rusiya tankeri Türkiyənin Qara dəniz sahillərindən 80 mil məsafədə hücuma məruz qalıb. Gundelik.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri bu ölkənin nəqliyyat və infrastruktur nazirliyinə istinadən məlumat yayıb.

Read More
Dünya Siyasət Xəbərlər

Erməni general beynəlxalq axtarışa verildi

Ermənistanda istefada olan general-mayor Qriqori Xaçaturov haqqında cinayət işi açılıb və o, dövlətlərarası axtarışa verilib. Gundelik.az-ın məlumatına görə, bu barədə Ermənistan KİV-ləri ölkənin Baş Prokurorluğuna istinadən bildirib. Daha əvvəl KİV-lər bildirmişdi ki, 3-cü ordu korpusunun sabiq komandiri Qriqori Xaçaturov (Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu) rüşvət vermə və müharibə şəraitində vəzifə

Read More
Dünya Xəbərlər

Ermənistanda hərbçilər minaya düşdü

Ermənistan ordusunun iki hərbçisi minaya düşüb. Gundelik.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, hərbçilər Vardenisdə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan şəraitdə minaya düşərək xəsarət alıblar. Onların həyat təhlükəsinin olmadığı qeyd olunub. Digər detallar isə açıqlanmayıb.

Read More
Dünya Mədəniyyət və cəmiyyət Xəbərlər

Türkiyədə işsizlərin sayı açıqlanıb

Oktyabrda Türkiyədə işsizlik nisbəti əvvəlki ayla müqayisədə 0,1 bal azalaraq 8,5%-ə çatıb. Gundelik.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) oktyabr ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb. Qeyd edilib ki, Türkiyədə 15 yaşdan yuxarı olan işsizlərin sayı oktyabr ayında 27 min nəfər azalaraq 3 milyon 33 min nəfərə çatıb. İşsizliyin səviyyəsi kişilər üçün 7 faiz,

Read More
Dünya Xəbərlər

Honkonqdakı yanğın söndürüldü

Honkonqda yerləşən “Wang Fuk Court” yaşayış kompleksində 2 gün davam edən yanğın tamamilə söndürülüb. Gundelik.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.  “Xilasetmə işləri davam etdirilir. Binaların içində heç kimin qalmadığına əmin olmaq üçün bütün mənzillərə baxış keçirilir”, – məlumatda deyilir. Qeyd edək ki, ən son məlumatlara görə, yanğın nəticəsində ölənlərin

Read More
Dünya Xəbərlər

Özbəkistanda elektron siqaretlər tamamilə qadağan edildi

Özbəkistanda elektron siqaretlər tamamilə qadağan edilib. Gundelik.az xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyindən məlumat verilib. Müvafiq qanunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalayıb. Nazirlikdən bildirilib ki, qadağanın pozulması cinayət məsuliyyəti yaradır.

Read More
Dünya Xəbərlər

Tramp: Bütün üçüncü dünya ölkələrindən immiqrasiyanı həmişəlik dayandıracağam

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika sisteminin tam bərpa olunması üçün üçüncü dünya ölkələrindən immiqrasiyanı daimi olaraq dayandırmaq niyyətindədir. Gundelik.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində immiqrasiya siyasətinə dair paylaşımında açıqlama verib. O qeyd edib ki, ABŞ texnoloji və iqtisadi baxımdan yüksək inkişaf səviyyəsinə çatıb, lakin mövcud immiqrasiya siyasətləri bu

Read More
Dünya Xəbərlər

Avstraliyada köpəkbalığı hücumu: gənc qadın həlak oldu

Avstraliyanın Yeni Cənubi Uels əyalətində yerləşən Kylies çimərliyində köpəkbalığının hücumu nəticəsində 20 yaşlarında bir qadın ölüb, onunla birlikdə olan bir kişi isə ağır yaralanıb. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 6:30 radələrində baş verib və yaralı kişi helikopterlə xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır, lakin stabil olduğu bildirilir. Səlahiyyətlilər hücumun böyük

Read More