İyul 12, 2026
Baku

Dünya

Dünya Hadisə Xəbərlər

İstanbulda narkotacirlər polisi güllələyib

İstanbulda narkotiklə bağlı əməliyyat zamanı polisə atəş açılıb. Gundelik.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis əməkdaşı ağır yaralanıb, hücum edənlərdən biri isə öldürülüb. Hücum edənlərdən ikisi sağ ələ keçirilib.

Read More
Dünya Siyasət Xəbərlər

Yaponiya müdafiəni maliyyələşdirmək üçün vergiləri artırmağı planlaşdırır

Yaponiya artan müdafiə xərclərini maliyyələşdirmək üçün 2027-ci ildə gəlir vergisini artırmağı planlaşdırır. Gundelik.az bu barədə “Kyodo”ya istinadən xəbər verir. Qeyd edilib ki, Yaponiya 2028-ci ilin martında başa çatan beş il ərzində müdafiə xərclərini 43 trilyon yenaya (təxminən 278 milyard dollar) artırmaq qərarına gəlib. Maliyyələşdirmənin 2026-cı ilin aprelindən artacaq korporativ vergilər və tütün aksiz vergilərinin artırılması

Read More
Dünya Siyasət Xəbərlər

İsrail 35 milyard dollarlıq müdafiə büdcəsi elan edib

İsrailin 2026-cı il üçün müdafiə büdcəsi layihəsinin 7 milyard dollar artaraq 35 milyard dollar olması nəzərdə tutulur. Gundelik.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. “İsrailin 2026-cı il üçün müdafiə büdcəsi əvvəlki layihədə nəzərdə tutulan 28 milyard dollardan təqribən 35 milyard dollar səviyyəsinə müəyyən edilib”, – məlumatda deyilir. Bildirilib ki, 2026-cı il

Read More
Dünya Xəbərlər

Braziliyada sərnişin təyyarəsi yandı

Braziliyada “Airbus A320” sərnişin təyyarəsi yanıb. Gundelik.az xəbər verir ki, bu barədə LATAM Hava Yolları məlumat yayıb. Uçuşu həyata keçirən aviaşirkətdən verilən məlumata görə, yanğın baqajda başlayıb və daha sonra bütün təyyarəyə yayılıb. Qeyd olunub ki, təyyarənin salonu tüstülənib, sərnişinlər təxliyə olunub.

Read More
Dünya Siyasət Xəbərlər

ABŞ Kanadaya 2,68 milyard dollarlıq silah satışını təsdiqlədi

ABŞ Dövlət Departamenti Kanadaya 2,68 milyard dollar dəyərində hava hücumu silahlarının mümkün satışını təsdiq edib. Gundelik.az xəbər verir ki, bunu ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) Kanadaya mümkün hərbi satışla bağlı açıqlama verib. Potensial satışa təcrübə bombaları və qoruyucu sistemlər kimi əşyaların daxil olduğu vurğulanıb.

Read More
Dünya Siyasət Xəbərlər

Putin Hindistan Baş naziri ilə görüşdü

Hindistanda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Baş nazir Narendra Modi ilə görüşüb. Gundelik.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin Hindistan Baş nazirinə Ukraynadakı vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, Ukrayna münaqişəsinin mümkün sülh yolu ilə həlli üçün ABŞ-la birgə addımlar atılır. Modi isə dünyada çox dəyişikliklərin yaşandığını vurğulayıb. O əlavə edib ki,

Read More
Dünya Xəbərlər

“Mossad”ın yeni rəhbəri o oldu

İsrailin Baş naziri Benyamin Netanyahu general-mayor Roman Hofmanı ölkənin milli kəşfiyyat orqanı “Mossad”ın direktoru təyin edib.  Gundelik.az xəbər verir ki, bu barədə İsrailin hökumət başçısının administrasiyası məlumat yayıb. Hofman bu postda beşillik səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatacaq David Barneanı əvəz edəcək. Qeyd edək ki, Roman Hofman 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub. 1990-cı

Read More
Dünya İqtisadiyyat Xəbərlər

Dünyada milyaderlərin sayı artıb

Dünya üzrə dollar milyarderlərinin sayı bu ilin aprel ayında illik müqayisədə 287 nəfər artıb. Gundelik.az xəbər verir ki, bu barədə İsveçrənin “UBS” bankı araşdırma aparıb. Bu, dünyada 416 yeni milyarderin meydana çıxdığı 2021-ci il istisna olmaqla, tədqiqatın başlamasından bəri ən böyük artımdır. Məlumata görə, 91 nəfər 298 milyard dollarlıq sərvətini miras qoyub. Bu, yeni rekorddur.

Read More
Dünya Siyasət Xəbərlər

Çin Qəzzaya 100 milyon dollar ayıracaq

Çin Qəzzaya humanitar böhranın aradan qaldırılması və regionun bərpası üçün 100 mln. dollar ayıracaq. Gundelik.az AP-yə istinadən xəbər verib ki, bu barədə Çinin Sədri Si Cinpin Fransa Prezidenti Emmanuel Makronla danışıqlar zamanı bildirib. Qeyd edək ki, E.Makron hal hazırda Çində üçgünlük dövlət səfərindədir. Si Cinpin bildirib ki, Pekin və Paris aerokosmik texnika, nüvə energetikası, həmçinin

Read More
Dünya Hadisə Xəbərlər

Çində güclü zəlzələ olub

Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur muxtar bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib. Gundelik.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 135 minə yaxın əhalisi olan Tumşuk qəsəbəsindən 141 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin yeraltı ocağı isə 7 km dərinlikdə olub. Zərərçəkənlər və dağıntılar

Read More