Avstraliyanın Yeni Cənubi Uels əyalətində yerləşən Kylies çimərliyində köpəkbalığının hücumu nəticəsində 20 yaşlarında bir qadın ölüb, onunla birlikdə olan bir kişi isə ağır yaralanıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 6:30 radələrində baş verib və yaralı kişi helikopterlə xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır, lakin stabil olduğu bildirilir.
Səlahiyyətlilər hücumun böyük köpəkbalığı tərəfindən törədildiyini ehtimal edirlər. Hadisədən sonra ərazidə çimərliklər bağlanıb, “ağıllı” izləmə sistemləri quraşdırılıb və dronlarla fasiləsiz müşahidəyə başlanılıb. Rəsmi qurumlar və xilasedicilər əhaliyə yaxınlıqdakı çimərliklərdə çimməmək barədə xəbərdarlıq ediblər. Mütəxəssislər bildirirlər ki, Avstraliyada köpəkbalığı hücumlarının artması sahil əhalisinin çoxalması və iqlim dəyişiklikləri ilə əlaqədardır.
