Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Diler İnşaat” şirkəti ilə yeni müqavilə bağlayıb.
Gundelik.az-ın məlumatına görə, müqavilədə Ağdam şəhəri 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin və avadanlıqların satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 31,9 milyon müəyyənləşib.
