Şimali Koreya Yapon dənizinə doğru ən azı bir ballistik raket buraxıb.
Gundelik.az xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreya hərbi rəsmilərinə istinadən “Yonhap” agentliyi yayıb.
Yaponiya Müdafiə Nazirliyi də raket buraxılışının baş verdiyini təsdiqləyib. Yaponiya Sahil Mühafizəsi raketin artıq dənizə düşdüyünü bildirib və gəmiləri ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə oktyabrın 22-də, Seulda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti və ABŞ Prezidenti Donald Trampın səfəri ərəfəsində qısa mənzilli raketlər sınaqdan keçirmişdi.
Gundelik.az
