Tramp: ABŞ-ın NATO-dan çıxmasını düşünürəm
ABŞ prezidenti Donald Tramp müttəfiqlərinin İrana qarşı mümkün ABŞ hərbi əməliyyatını dəstəkləmədiyi təqdirdə ölkəsinin NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirəcəyini bildirib. Britaniyanın “Daily Telegraph” qəzetinə verdiyi müsahibədə Tramp alyansın hazırkı strukturunu sərt şəkildə tənqid edib. Qəzetin məlumatına görə, Tramp NATO-nu “kağız pələng” adlandırıb. Tramp bildirib ki, ABŞ-ın müdafiə müqaviləsindən çıxma ehtimalı artıq “ağlasığmaz” məsələ deyil
