Sentyabrın 30-da Xocalı, Ağdərə rayonlarına və Cəbrayılın Şükürbəyli kəndinə köç həyata keçirilib, mənzillərin açarları sakinlərə təqdim edilib.
Gundelik.az bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə – 60 nəfər, Xocalı şəhərinə 17 ailə – 78 nəfər, Xocavənd şəhərinə 16 ailə – 55 nəfər köçürülüb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Gundelik.az-ın məlumatına görə, Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Xocalı və Xocavənd şəhərlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə – 60 nəfər, Xocalı şəhərinə 17 ailə – 78 nəfər, Xocavənd şəhərinə 16 ailə – 55 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
