“Baku Milk” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaldır.
Gundelik.az-ın məlumatına görə, bu barədə şirkət özü elan edib.
MMC-nin kapitalını nə qədər azaltdığı açıqlanmasa da, qeyd edilib ki, kreditorlar tələblərini hüquqi ünvana bildirə bilərlər.
“Baku Milk” MMC-nin hazırda nizamnamə kapitalı 220 manatdır. MMC-nin qanuni təmsilçisi Namazov Xasay Məhəmməd oğludur.

