Gundelik.az Ölkə İki azad edilmiş kəndin layihəsi optimallaşdırılacaq, yeni evlər tikiləcək
Ölkə Xəbərlər

İki azad edilmiş kəndin layihəsi optimallaşdırılacaq, yeni evlər tikiləcək

Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu ilə bir sıra müqavilələr bağlayıb.

Bu barədə Gundelik.az qurumdan məlumat əldə edib.

Belə ki, adıçəkilən müqavilələrdə Cəbrayıl rayonu, Maşanlı və Sarıcallı kəndlərinin layihəsinin optimallaşdırılması, Sarıcallı kəndi üzrə yeni 250 fərdi yaşayış evinin layihələndirilməsi xidmətlərinin aparılması nəzərdə tutulub.

Bağlanmış müqavilələrin ümumilikdə maliyyə dəyəri 1 milyon manat olaraq müəyyənləşib.

Exit mobile version