Milli Məclisin sədr müavini Rafael Hüseynov və parlamentin komitə sədri Fazil Mustafa “Avropanın Sivilizasiya Fondu və Gürcüstanda xristianlığın 1700 ili” adlı konfransda iştirak etmək üçün oktyabrın 1-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcəklər.
Tədbirdə parlamentarizm prinsipləri ilə mənəvi və dini dəyərlər arasında əlaqələr və digər mövzularda fikir mübadiləsi aparılacaq. Vitse-spiker Rafael Hüseynov konfransda çıxış edəcək, müzakirə olunan məsələlərə münasibətini bildirəcəkdir. Səfər oktyabrın 3-də başa çatacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
Gundelik.az

