ABŞ və Birləşmiş Ştatlar İranın heç vaxt nüvə silahına malik olmamasında qərarlıdırlar.
Gundelik.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi X hesabında yazıb.
Rəsmi təmaslar üçün ABŞ-yə səfər edən Lemmi X hesabında paylaşımında İsrailin İrana hücumları ilə başlayan münaqişədən sonra Yaxın Şərqdəki vəziyyətin təhlükəli olaraq davam etdiyini bildirib.
Nazir Lemmi deyib: “Biz qərarlıyıq ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır”.
Ağ Evdə ABŞ Dövlət katibi Marko Rubio və ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof ilə görüşdüyünü bildirən Lemmi görüş zamanı bir razılaşmanın münaqişənin dərinləşməsinin qarşısını necə ala biləcəyini müzakirə etdiklərini bildirib.
Britaniyalı nazir yaxın iki həftə ərzində diplomatik həllə nail olmaq üçün fürsət pəncərəsinin olduğunu qeyd edib.
“Heç kimə fayda verməyəcək regional eskalasiyanın qarşısını almağın vaxtıdır”, – nazir vurğulayıb.
Lemmi Fransa, Almaniya və Avropa İttifaqı (Aİ) həmkarları ilə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşmək üçün İsveçrənin Cenevrə şəhərinə gedəcəyini açıqlayıb.
Gundelik.az
