Böyük Britaniyada iyunda 20,7 milyard funt sterlinq (27,88 milyard dollar) büdcə kəsiri qeydə alıb.
Gundelik.az bu barədə Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) hesabatına istinadən xəbər verir.
Bu rəqəm keçən ilin iyununda 14,1 milyard funt-sterlinqdən çox olub və 2021-ci ilin aprelindən bu yana ən böyük göstərici olub. İqtisadçılar orta hesabla 15,6 milyard funt-sterlinq kəsir gözləyirdilər.
Cari maliyyə ili başlayandan aprel-iyun aylarında büdcə kəsiri 57,8 milyard funt sterlinq təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 milyard funt-sterlinq azdır.
İyun ayında büdcə gəlirləri 6,1 milyard funt sterlinq artaraq 95,4 milyard funt-sterlinqə, xərclər isə 12,7 milyard funt-sterlinq artaraq 116,1 milyard funt-sterlinqə yüksəlib. Bu, 8,4 milyard funt sterlinq artaraq 16,4 milyard funt-sterlinqə yüksələn milli borcun faiz ödənişlərinə xərcləmələri əhatə edirdi.
Böyük Britaniyanın ümumi dövlət borcu (dövlət banklarının borcları istisna olmaqla) iyunun sonunda ÜDM-in 96,3%-ni təşkil edib. Borcun ÜDM-ə nisbəti 1960-cı illərin əvvəllərindən bəri ən yüksək səviyyəyə yaxındır.
Gundelik.az
