İsrail hakimiyyəti HƏMAS-la münaqişənin həlli çərçivəsində fələstinli məhbusların azad edilməsinə başlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, azad edilmiş məhbusları daşıyan ilk avtobuslar Ofer həbsxanasından çıxıb.
İsrail ordusunun sözçüsünün açıqlamasına əsasən, terrorçuluğa görə ömürlük həbsə məhkum edilmiş ümumilikdə 250 nəfər, həmçinin son iki ildə Qəzza zolağında saxlanılan 1718 nəfər azad olunacaq.
Bundan əvvəl HƏMAS 20 israilli girovu azad edib. Yaxın vaxtlarda həyatını itirmiş girovların cəsədlərinin də İsrail tərəfinə təhvil veriləcəyi gözlənilir.
Gundelik.az
