Ağ Ev Netanyahunun Qəzza razılaşmasından çıxmasının qarşısını almağa çalışır
ABŞ Prezidenti Donald Tramp administrasiyası İsrail və Fələstin Həmas hərəkatı arasında əldə olunmuş Qəzza razılaşmasını qorumaq üçün səylərini davam etdirir. Gundelik.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Ağ Ev rəsmiləri İsrailin baş naziri Benyamin Netanyahunun Həmas ilə əldə olunmuş sazişdən imtina edə biləcəyindən narahatdır. Bildirilir
