HƏMAS Qəzzada saxlanılan İsrail əsilli amerikalı məhbus İdan Aleksandrı azad edəcəyini açıqlayıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, yekun razılığa gəlmək üçün səy göstərməyə hazır olduğunu vurğulayan HƏMAS vasitəçilik roluna görə Türkiyəyə təşəkkür edib.
HƏMAS-ın sosial media hesabından edilən paylaşımda vasitəçi ölkələrin təşəbbüsü ilə son günlərdə ABŞ rəsmiləri ilə görüşdükləri bildirilib.
Açıqlamada Qəzza zolağında əsir saxlanılan əsgər İdan İskəndərin azad edilməsinin atəşkəsin yaradılması, Qəzzaya keçidlərin açılması və humanitar yardımların daxil olması üçün atılacaq addımlardan biri olacağı bildirilib.
HƏMAS bəyanatında müharibəyə son qoyacaq razılığın əldə edilməsi, qarşılıqlı razılıq əsasında əsirlərin dəyişdirilməsi və Qəzzanın idarəçiliyini müstəqil, peşəkar struktura təhvil vermək üçün intensiv danışıqlara və ciddi səylər göstərməyə hazır olduğunu vurğulayıb.
HƏMAS həmçinin vasitəçi ölkələrə-Qatar və Türkiyəyə, eləcə də Misirə proses boyunca göstərdikləri səylərə görə təşəkkür edib.
Digər tərəfdən, İsrailin Baş naziri Benyamin Netanyahu Xarici Əlaqələr və Müdafiə Komitəsinin iclası zamanı bildirib ki, HƏMAS ABŞ prezidenti Donald Trampın bölgəyə səfəri zamanı xoşməramlılıq jesti olaraq ABŞ vətəndaşı olan israilli əsir İdan Aleksandrı azad edə bilər.
Məlumata görə, onun Qəzza zolağına humanitar yardımın girişinin bərpası müqabilində azad ediləcəyi iddia edilib.
Gundelik.az
